Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

26 iyun 2022 | 10:11

   Bu gün Azərbaycan Ordusunun yaranmasının 104-cü ildönümü tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır.
    Hərb tariximizin şanlı səhifəsi sayılan, 104 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz müasir dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu, hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artır, xalq, dövlət, ordu birliyi möhkəmlənir.
     Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
     2020-ci il dekabrın 10-da Azadlıq meydanında təşkil olunan Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.
     Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini bu gün də əziz tuturuq.
      26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, qalib Azərbaycan Ordusunu təbrik edir, ən xoş arzularımızı bildiririk.
      Yaşasın Müzəffər Azərbaycan Ordusu!

 

Keçidlər