Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

11 may 2018 | 16:00

10 may 2018-ci il tarixdə 4 saylı qəsəbə ərazisindəki Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə parkda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq ruhunu ehtiramla yad etdilər.

Sonra rayonunun Mədəniyyət işçilərinin, orta məktəb şagirdlərinin və uşaq bağçalarının parkda təşkil etdiyi əl işlərindən ibarət  sərgiyə baxış keçirildi.

Parkın ərazisində davam etdirilən bayram  tədbirində rayonun mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etdilər. Həmyerlilərimiz Həsən Cəbrayıllı, Vüsal Zamanov, Rəhman İsgəndərov, Çinarə Məhərrəmova, Zöhrab Baxşəliyev, Gülnarə Məmmədova, Zəminə Hüseynova, Xankişi Xankişiyev bir-birindən gözəl ifaları ilə tamaşaçılara  xoş ovqat bəxş etdilər.  

Keçidlər