Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu

29 mart 2018 | 16:00

28 mart 2018-ci il tarixdə  Cəbrayıl rayonunda  Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, DTX-nin Cəbrayıl  rayon bölməsinin kollektivi, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri  iştirak etdi.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər qoydular.

Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov  Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının,  o  cümlədən    rayon  bölməsinin  bütün  əməkdaşlarını  peşə bayramları  münasibətilə  təbrik  etdi,  onlara çətin  və   şərəfli  işlərində  yeni-yeni  uğurlar  arzuladı.

 

Keçidlər