Şriftin ölçüsü :

Saytın rəngi :

"24 günün hünəri" kitabının təqdimat mərasimi keçirilmişdir

02 iyul 2022 | 11:32

     01 iyul 2022-ci il tarixdə Şəhid mayor, Qarabağ ordenli, Elsəvər Vaqif oğlu Paşayevin doğum günü münasibəti ilə Mehdi Mehdizadə adına Cəbrayıl rayon tam orta məktəbinin akt zalında şəhidin həyatından və 44 günlük vətən müharibəsindəki keçdiyi döyüş yolundan, bəhs edən "24 günün hünəri" kitabının təqdimat mərasimi keçirilmişdir.
    Tədbirdə Milli Məclisin üzvü Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Cəbrayıl rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaları, qarabağ müharibəsi veteranları, qazilər, şəhidin döyüş yoldaşları, ailə üzvləri, doğmaları iştirak etmişlər.
     Tədbirdə çıxış edənlər Şəhid Elsevər Paşayevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından söhbət açmış, kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında əhəmiyyətli rol oynadığını qeyd edərək, müəllif Mirzə Mirimliyə təşəkkürlərini bildirmişlər.
       Sonda Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr edilmiş kompazisiya nümayiş etdirilmişdir.

Keçidlər