Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cocuq Mərcanlıda

14 mart 2018 | 16:00

13 mart 2018-ci il tarixdə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Qonaqlar əvvəlcə Horadiz-Cocuq Mərcanlı avtomobil yolunun kənarında “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edilib, abidə önünə gül dəstələri düzüblər.

Sonra  Cocuq  Mərcanlı kəndinə gələn qonaqlar kənddə aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olublar.

Novruz bayramı münasibəti ilə kənd klubunda keçirilən tədbirdə çıxış edən regional İdarənin rəisi Elçin Hüseynov işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.

Tədbirdə regional idarənin  incəsənət ustaları Əlikiram Bayramov, Vüsal Zamanov, Səxavət Əsgərov, Elman Məmmədov, Gülnarə Qarabağlı və Cəngi Xalq kollektivi geniş konsert proqramı ilə çıxış etdilər.

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının müavini Fəridə İbayeva kütləvi tədbir təşkil edərək kənd sakinlərinə mənəvi dəstək olduqlarına görə idarənin kollektivinə minnətdarlığını bildirdi.

 

Keçidlər