Cəbrayıl rayonunda əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 10 fevral – 12 may 2018-ci il tarixlərdə Respublikada “Əhalinin ümumi profilaktik tibbi müayinələrə” cəlb olunması həyata keçirilir.
Əhalinin sağlamlığına xidmət edən bu vacib işin mütəşəkkil qaydada təşkili və koordinasiyası məqsədi ilə rayon Qərargahı yaradılmışdır. Qərargah tərəfindən Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə fəaliyyət göstərən rayonun idarə və müəssisələrində çalışan işçilərin və xidməti ərazimiz olan Biləsuvar rayonu ərazisinki qəsəbələrdə məskunlaşmış əhalinin qrafik üzrə ümumi profilaktik tibbi müayinəyə cəlb olunması təşkil edilmişdir.
10 fevral tarixdən 09 mart 2018-cı il tarixədək tibbi müayinədən keçirilmiş 13540 nəfər rayon əhalisinin 13253 nəfəri sağlam hesab edilmiş, 184 nəfəri ambulator, 62 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 41 nəfər müayinə və müalicə üçün Bakı şəhərində fəaliyyət göstərən müxtəlif tibb mərkəzlərinə göndərilmişdir.
Əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir.