Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “8 Mart- Beynəlxalq Qadınlar Günü” qeyd edildi

07 mart 2018 | 16:00

07 mart 2018-ci il tarixdə Cəbrayıl rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir  keçirilmişdir.

Tədbirdə çıxış edən Cəbrayıl  Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov  tədbir iştirakçılarını salamlayaraq, xanımları bayram münasibətilə təbrik etdi, onlara can sağlığı və müvəffəqiyyətlər arzuladı. Kamal Həsənov qeyd etdi ki, Azərbaycan qadınının həm ailədə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət qadınlar üçün bərabər hüquqların təmin olunmasına yönəlmişdir. Bu siyasət qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti , YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.

Tədbirdə çıxış edən xanımlar onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Sonra rayon mədəniyyət işçilərinin “8 Mart- Beynəlxalq Qadınlar Günü” münasibəti ilə hazırladığı konsert proqramı nümayiş olundu.

Keçidlər