Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

26 fevral 2018 | 16:00

Xocalı faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrində,  idarə və müəssisələrdə bir sıra tədbirlər həyata keçirilmişdir.

Tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində anım tədbirləri təşkil edilmiş, fevral ayının 26-da rayonun ümumtəhsil məktəblərində ilk dərəslər Xocalı soyqırımına həsr edilmiş, məktəblilər arasında faciə ilə bağlı rəsm və inşa müsabiqələri keçirilmişdir.

Anım tədbirlərinin yekunu  olaraq 26 fevral 2018-ci il tarixdə rayon ictimaiyyətinin nümayəndələrinin, rayonun idarə, müəssisələrin və məktəb kollektivlərinin, “N” saylı hərbi hissənin zabit və əsgərlərinin iştirakı ilə ümumrayon anım tədbiri keçirilmişdir.

Tədbirdə Xocalı faciəsi zamanı qətlə yetirilmiş soydaşlarımızın, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar oxunmuş, abidələri önünə gül-çiçək dəstələri qoyularaq,  xatirələri ehtiramla yad edilmişdir.

Keçidlər