Cəbrayıl rayonunda “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları qeyd edilmişdir
28 dekabr 2017-cı il tarixdə “Cəbrayıl” şadlıq sarayında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Bayram tədbirini açan Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov yığıncaq iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibəti ilə təbrik etdi. İcra hakimiyyətinin başçısı 2017-ci ildə rayonda həyata keçirilmiş sosial-iqtsadi layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.
Bayram tədbiri rayonun incəsənət üstalarının hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.
Tədbirdə rayon ziyalıları, ağsaqqallar, ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr iştirak etmişlər.