“İRƏLİ” ictimai birliyinin üzvləri Cocuq Mərcanlıya səfər edib
Dekabr ayının 23 –də “İRƏLİ” ictimai birliyinin təsis olunmasının 9-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov və 100 nəfərdən çox birlik üzvü Cəbrayıl rayonunun Covuq Mərcanlı kəndinə səfər ediblər.
Nümayəndə heyyətinin üzvləri, Cəbrayıl və Füzuli rayon İcra hakimiyyətinin nümayəndələri ilə birlikdə Horadiz-Cocuq Mərcanlı yolunun kənarında “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.
Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyyətinin üzvlərini kənd məktəbinin şagirdləri əllərində gül dəstələri ilə qarşılayıblar. Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayaraq kənddə aparılan abadlıq-quruculuq işləri haqqında qonaqlara geniş məlumat verib.
Sonra birlik üzvləri Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində yaradılmış şəraitlə tanış olmuş, təşkilat adından məktəbin şagirdlərinə dərs ləvazimatları təqdim olunmuşdur.
Səfər çərçivəsində qonaqlar Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidini də ziyarət etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı müvafiq Sərəncamlarına uyğun olarq aparılan tikinti-quruculuq işləri ilə tanış olmuşlar.