Şriftin ölçüsü :

Saytın rəngi :

Bir sıra İctimai Birliklərinin kollektivi Cocuq Mərcanlıya səfər edib

28 noyabr 2017 | 16:00

“Gənclərin Töhfəsi” İctimai Birliyi, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyi, Müstəqil Mətbuat Mərkəzi İctimai Birliyi və Müasir İnkişaf İctimai Birliyinin kollektivləri, “Xalq qəzeti” və AMEA-nın Mərkəzi Kitabxanası əməkdaşları, Qazilər Natiq Mehdiyev və Ülfət Həsənov 25 noyabr 2017-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Nümayəndə heyətinin üzvləri kənddəki Novruz Aslanov adına tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib, məktəbin kitabxanasına kitablar, şagirdlərə isə müxtəlif hədiyyələr təqdim etmişlər.

Səfər çərçivəsində qonaqlar Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidini ziyarət etmiş, ölkə Prezidentinin Sərəncamı ilə aparılan tikinti-quruculuq işləri ilə tanış olmuşlar.

 

Keçidlər