Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib

24 noyabr 2017 | 16:00

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi 24 noyabr 2017 -ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Nümayəndə heyyətinin üzvləri Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, abidə  önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyyətinin üzvləri kənddəki Novruz Aslanov adına tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib.

Səfər çərçivəsində qonaqlar Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidini ziyarət etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə aparılan tikinti-quruculuq işləri iləı tanış olmuşlar.

 

 

Keçidlər