Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar olaraq Partiyanın Səbail və Cəbrayıl təşkilatının üzvləri Cocuq Mərcanlıya səfər edib

14 noyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar olaraq 13 noyabr 2017-ci il tarixdə Yeni Azəırbaycan Partiyası Səbail rayon təşkilatının sədri, Millət Vəkili, professor Şəmsəddin Hacıyevin rəhbərliyi ilə partiyanın Səbail və Cəbrayıl  rayon təşkilatının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər etmişlər.

Səfər iştirakçıları əvvəlcə Müdafiə Nazirliyinin  Füzuli rayonunun ərazisindəki “N” saylı hərbi hissəsində olmuş, əsgər və zabitlərlə görüş keçirmişdir. Tədbir zamanı əsgərlərə sovqatlar paylanmış, “Bakı Bələdiyyə Teatrı”nın kollektivi hərbi hissənin kollktivi qarşısında səhnəciklə çıxış etmişdir.

Sonra tədbir iştirakçıları Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhunu ehtiramla yad ediblər.

Cocuq Mərcanlıya gələn qonaqları kənd sakinləri gül-çiçəklə qarşılayıblar. Cocuq Mərcanlı kənd məktəbinin foyesində  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzən partiya üzvləri kənd məktəbinə baxış keçirmiş, hədiyyələr təqdim etmişlər.

Nümayəndə heyətinin üzvləri  Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məsidində olub, burada şəhidlərin ruhuna dua oxuyublar.

Qonaqlar daha sonra kənddə aparılan quruculuq işlərinin növbəti mərhələsi çərçivəsində tikintisi gedən yeni evlərə və ictimai binalara da baxıblar. Bildirilib ki, bu mərhələdə 100 evin, uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər infrastruktur obyektlərinin tikintisi aparılır. Artıq inşaat işləri başa çatmaq üzrədir. Yaxın vaxtlarda Cocuq Mərcanlı kənd sakinləri həmin evlərə köçürüləcəkdir.

 

 

 

Keçidlər