“Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi
Cəbrayıl rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 20 nəfərlik qrup 2017-ci il noyabr ayının 11-də Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə təşkil olunan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz rayonları istiqaməti üzrə yola salınacaqdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu layihə məktəblilər, valideynlər, ümumilikdə rayon ictimaiyyəti tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Cəbrayıl rayon İcra Hakimiyyətinin qarşısında təşkil olunan yolasalma mərasimində aksiya-tur iştirakçıları əvvəlcə Cəbrayıl rayonu 4 saylı qəsəbə ərazisində salınmış Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini və “Şəhidlər” abiə kompleksini ziyarət edib, önünə gül-çiçəklər qoyublar.
Tədbirdə çıxış edənlər layihənin dövlətimizin başçısının diqqət və qayğısının nəticəsi olduğunu söyləmiş, tur-aksiyanın yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində, onların asudə vaxtlarının səmərəli və mənalı təşkilində böyük əhəmiyyət kəsb etdiyini vurğulamış və Vətəni dərindən tanımaq üçün bundan gözəl imkan ola bilməyəcəyini qeyd etmişlər.