Şriftin ölçüsü :

Saytın rəngi :

Azad Azərbaycan televiziyası və 106.3 FM radiosu Cocuq Mərcanlıdan canlı yayımlanıb

10 noyabr 2017 | 16:00

9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə Azad Azərbaycan televiziyası və 106.3 FM radiosu tamaşaçılarını və dinləyicilərini Cəbrayıl rayonunun düşməndən azad edilmiş Cocuq Mərcanlı kəndindən birbaşa canlı yayımla salamlayıb.

Düşmənlə bir neçə kilometr məsafədən həyata keçirilən canlı yayım Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Canlı yayımda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin aprel döyüşlərində qazanılan qələbədən, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindən, Azərbaycan əsgərinin qəhrəmanlığından, Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına qayıdışından danışılıb, belə zəfər günlərinin hələ çox olacağı vurğulanıb.

Birbaşa yayımda respublikamızın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Cocuq Mərcanlı sakinləri ilə yanaşı, N saylı hərbi hissənin əsgər və zabitləri də Dövlət Bayrağı Gününü böyük sevinclə qeyd ediblər.

Keçidlər