Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Dövlət Bayrağı Gününü Cocuq Mərcanlı sakinləri ilə birgə qeyd edib

10 noyabr 2017 | 16:00

09 noyabr 2017-ci il tarixdə Elmira Süleymanova, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev  və Cəbrayıl Rayon İcra hakimiyyətinin  başçısı Kamal Həsənov Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Burada cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşən E.Süleymanova onları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. Dövlət bayrağımızın müqəddəsliyindən danışan ombudsman onun işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib.

Sonra Cocuq Mərcanlıya gələn Elmira Süleymanova kənd sakinləri, məktəbin müəllim və şagirdləri ilə görüşüb, məktəblilərlə dövlət bayrağı və uşaq hüquqları mövzusunda söhbətlər aparıb. Məktəbin direktoruna sertifikat və xatirə medalı təqdim edilib, kitabxanaya və şagirdlərə insan hüquqlarına dair kitablar hədiyyə olunub.

Ombudsman Cocuq Mərcanlıda tikilən və Şuşa məscidinin bənzəri olan məscidə də gəlib. Burada şəhidlərin ruhuna dua oxunub. Elmira Süleymanova 1994-cü ilin aprelindən Cocuq Mərcanlıda yaşayaraq, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərən Oqtay Həziyevin evinə də baş çəkib, ailəsi ilə səmimi söhbət edib.

Keçidlər