Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir

17 oktyabr 2017 | 16:00

17 oktyabr 2017-ci il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinin akt zalında rayonda 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  şura iclası  keçirilmişdir.

 İclasda Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, Şura üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısının geniş hesabat məruzəsi dinlənilmişdir. Məruzədə cari ilin 9 ayında  rayonda görülmüş işlərlə bağlı ətraflı məlumat verilmiş, qeyd edilmişdir ki: Cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən 2.4 dəfə çox  olmaqla 27 milyon 308 min manatlıq ümumi daxili məhsul olmuş, o cümlədən  11.3 faiz çox olmaqla 10 milyon 803.4 min manatlıq kənd təsərrüfatı məhsulları, 3 milyon 253.6 min manatlıq (7.1 dəfə çox) sənaye məhsulu istehsal olunmuş, 13 milyon 158.8 min manatlıq (10.5 dəfə çox) tikinti işləri, 75.6 min manatlıq rabitə, 16.6 min manatlıq nəqliyyat işləri görülmüşdür.

İlin 9 ayında rayon üzrə 258 nikah qeydə alınmış, 81 boşanma olmuş, doğulan 283 artaraq 841 nəfər, ölən 284 nəfər, rayonun qeydiyyatına gələn 211 nəfər, qeydiyyatdan  çıxanlar 41 nəfər olmuşdur. Ümumilikdə ilin əvvəlindən bəri 557 nəfər  təbii artım, 170 nəfər isə miqrasiya artımı olmuş, rayon əhalisinin sayı 79693 nəfərə çatmışdır. Əhlinin sayı müvafiq dövrə nisbətən 973 nəfər və ya 1,2 faiz artmışdır.

2017-cı ilin 9 ayında rayon büdcəsinin gəlir və xərclərin icrası mədaxil üzrə 1911.6 min manat proqnoza qarşı 1493.6 min manat və ya 78.1 faiz, məxaric üzrə 1927.3 min manat proqnoza qarşı 1358.0 min manat və ya 70.1 faiz yerinə yetirilmişdir. Mədaxilin 570 min manatı Maliyyə Nazirliyindən verilən dotasiya, 919.8 min manatı isə yerli gəlirlərdən daxil olmuşdur. 9 ay üzrə yerli gəlirlər 730.3 min manat proqnoza qarşı 919.8 min manat və ya 125.9 faiz yerinə yetirilmişdir.

Keçən il rayon üzrə 34 hektar, bu il isə 25 nəfər istehsalçı  71.8 hektar sahəyə pambıq əkmiş, Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş "Pambıqçılığın inkişafı ilə bağlı Dövlət proqramı"na uyğun olaraq gələn il rayonda  bu ilkindən 2 dəfə çox pambıq əkilməsi nəzərdə tutulur.

Pambıq sahələrində normal qaydada aqrotexniki becərmə işləri aparılmış, sahələrə 2 dəfə azotla yemləmə gübrəsi verilmiş və orta hesabla 3 dəfə suvarılma aparılmış, maşınla yığılması nəzərdə tutulan sahələrə lazımi preparatlar vurularaq yığıma hazır vəziyyət gətirilmişdir.

16 oktyabr vəziyyətinə rayon üzrə 116.2 ton pambıq yığılmış və115.0 ton MKT-nin İmişli filialına təhvil verilmişdir.

Hazırda sahələrdə məhsul boldur, qısa müddət ərzində pambığın yığılaraq tədarük təşkilatına təhvil verilməsi üçün iş aparılır.

Eyni zamanda rayonda baramaçılığın inkişaf etdirilməsi məqəsdi ilə keçən il 8-9-10-11 saylı qəsəbələrin kənarında 14 min tut tingi əkilmişdir. Bu il isə rayona 41 min yerli, 6 min isə Çin Xalq Respublikasından gətirilmiş tut tinglərinin verilməsi nəzərdə tutulmuşdur.

Cari ilin 9 ayında rayon üzrə bu il 61 hektar tərəvəz, 4 hektar bostan, 2,5 hektar şəkər çuğunduru, 16,7 hektar dən üçün qarğıdalı və 151 hektar təkrar qarğıdalı əkilmişdir. Mövsümdə 63 ton və ya ötən ildəkindən 18 ton çox tərəvəz yığılmış və sahələrdə yığım davam edir.

Hazırda rayon üzrə 10482 baş iri buynuzlu, 115470 baş xırda buynuzlu heyvan mövcuddur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzluların sayı 155 baş, xırda buynuzluların sayı 1366 baş artmışdır.

Məruzə ətrafında Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl raon şöbəsinin müdiri Akif Məmişov, Cəbrayıl Eleltrik şəbəkəsinin müdiri Yusif Həşimov, çıxış edərək 2017-cı ilin doqquz ayında  rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.

 

Keçidlər