Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin “Müəllimlər günü” münasibəti ilə təbriki

05 oktyabr 2017 | 16:00

5 oktyabr bu şərəfli peşə sahiblərinin bayramıdır. 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd qəbul edilmişdir. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Azərbaycanda da 1993-cü il oktyabrın 5-dən etibarən hər il bu gün müəllimlərə həsr olunur.

Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən bir şəxsiyyət kimi formalaşmasına görə məhz müəllimlərinə borcludur.

Rayonda fəaliyyət göstərən bütün məktəblərin müəllim kollektivini 5 oktyabr – Beynəlxalq müəllimlər günü münasibətilə ürəkdən təbrik edirik. Arzu edirik ki, müəllimlərimiz Azərbaycan müəlliminin şərəfli adını  daha da yüksəltsinlər və müstəqil vətənimizin yeni  nəslinin yetişdirilməsində böyük səylə çalışsınlar. Onlara  bu çətin və şərəfli yolda uğurlar diləyirik.

Keçidlər