Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib

20 yanvar 2026 | 12:23

20 yanvar 2026-cı il tarixdə Cəbrayıl rayonunda  20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “Şəhidlər” Abidə Kompleksinində 20 Yanvar  faciəsi şəhidi, həmyerlimiz Quliyev Səxavət  Balay oğlunun və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin abidəsi ziyarət edilərək  önünə gül-çiçək  dəstələri qoyulub,  xatirələri dərin ehtiramla  anılıb. Saat 12:00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Cəbrayıl Rayon  İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər