Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

20 yanvar 2024 | 18:54

    20 yanvar 2024-cü il tarixdə Cəbrayıl rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Şəhidlər” Abidə Kompleksinində yanvar faciəsinin şəhidlərinin, o cümlədən, həmyerlimiz Quliyev Səxavət Balay oğlunun və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin abidəsi ziyarət edilərək önünə gül-çiçək dəstələri qoyulub, xatirələri dərin ehtiramla anılıb. Saat 12:00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Anım tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəbrayıllılar gün ərzində “Şəhidlər” Abidə Kompleksini ziyarət edərək şəhidlərimizi yad etmişlər.
    Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər