Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

20 yanvar 2023 | 12:09

    20 yanvar 2023-cü il tarixdə Cəbrayıl rayonunda Qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Şəhidlər” Abidə Kompleksinində müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilərək abidələri önünə gül-çiçək dəstələri qoymuşdur. Saat 12:00-da 20 Yanvar qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım tədbirində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak etmişlər.
    Ölkəmizdə hər il Qanlı 20 Yanvar hadisələri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilir. Düz 33 il əvvəl bu mübarizədə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin xalqımızın iradəsi, milli azadlıq uğrunda mübarizə əzmi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar, xalqın azadlığı və müstəqilliyi üçün yol açdılar. Bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndi.
    Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ümumxalq Hüzn Günü elan olunmuş, “20 Yanvar şəhidi” fəxri adı təsis edilmiş, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsi təmin edilmişdir.
    20 Yanvar şəhidləri sırasında həmyerlimiz Quliyev Səxavət Balay oğlu da olmuşdur. Biz şəhidlərimizlə fəxr edirik. Allah Şəhidlərimizə rəhmət etsin.

 

Keçidlər