Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı qəsəbədə rayon sakinləri ilə səyyar qəbul keçirildi

01 iyul 2022 | 15:10

    01 iyul 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 2 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində qəsəbə sakinləri ilə səyyar qəbul keçirdi. Səyyar qəbulda aparatın məsul əməkdaşları, rayonunun xidməti təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edirdilər.
    Görüşdə RİH başçısı Kamal Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə, xüsusilə əzəli-əbədi yurd yerimiz olan Cəbrayıl rayonunda və ölkəmizdə aparılan quruculuq işlərindən söhbət açmışdır. Görüşün məqsəd və əhəmiyyətindən danışan rayon rəhbəri əhalinin sosial rifah halının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin son illərdə ölkəmizdə daha geniş vüsət aldığını diqqətə çatdırmışdır.
    Sonda icra başçısı sakinləri dinləyərək onların qayğıları ilə maraqlanmış, təkliflərini dinləyib, rayon sakinləri tərəfindən səslənən hər bir məsələyə diqqətlə baxılacağını, aidiyyəti təşkilatlarla problemin həlli istiqamətində iş aparılacağını bildirib.

Keçidlər