Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirilib

22 yanvar 2026 | 17:51

Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 22 yanvar 2026-cı il tarixdə 2 saylı qəsəbədə rayon sakinləri ilə səyyar görüş-qəbul keçirərək, müraciətlərini dinləyib. İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və qəsəbə sakinlərinin iştirak etdiyi tədbirdə İcra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Respublika Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən, aparılan quruculuq işlərindən, əhalinin doğma yurdlarına köçündən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər