Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlıda tikinti işlərinin ikinci mərhələsi başa çatmaq üzrədir

18 sentyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin ikinci  mərhələsi uğurla davam etdirilir.

Bu mərhələdə kənddə 100 evin, 50 yerlik uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır.

Artıq bütün evlərdə hörgü, daxili və xarici suvaq işləri başa çatmış, dam örtükləri vurulmuşdur, evlərin inşasında son tamamlama işləri aparılır.

Uşaq bağçasında döşəmə, inzibati bina və poçt binasında dam örtüyü vurulur. Klub-icma mərkəzində daxili suvaq işləri başa çatmaq üzrədir. Eyni zamanda qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi aparılır.

Keçidlər