Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik günü ilə əlaqədar tədbir keçirilmişdir

15 sentyabr 2017 | 16:00

15 sentyabr 2017-ci il tarixdə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində bilik günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Təhsil Nazirliyinin idarə rəisi, ümumtəhsil məktəbləri üzrə şöbə müdiri Aydın Əhmədov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri  Ali İhsan Genc, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Cəbrayıl rayon İcra hakimiyyətinin məsul işçiləri, Məcburi Köçkünlərun Sosial İnkişaf Fondunun rəhbərliyi, kəndin tikintisində iştirak etmiş inşaat təşkilatlarının rəhbərləri iştirak edirdi.

Tədbir Cəbrayıl  rayon Mədəniyyət işçilərinin hazırladığı konsert proqramının nümayişi ilə başladı. Bədii hissə başa çatdıqdan sonra məktəbin direktoru Zamiq Həziyev tədbirin rəsmi hissəsini açaraq iştirakçıları salamladı və 15 sentyabr “Bilik günü” münasibəti ilə məktəbin şagirdlərini, valideynləri, ümumilikdə Cocuq Mərcanlı kəndinin sakinlərini və tədbir iştirakçılarını təbrik etdi.  Sonra Cocuq Mərcanlı kəndinin sakini,  şəhid Novruz Aslanovun atası Fazil Aslanov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllimi Səidə Quliyeva, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genc, Təhsil nazirliyinin  şöbə müdiri Aydın Əhmədov Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov çıxış edərək yeni dərs ili münasibəti ilə məktəbin müəllim və şəgird kollektivini təbrik etdilər, sonra  şagirdlər Vətənə, Qarabağa, Lələtəpə uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıqlara həsr olunmuş şerlər söylədilər.

Yeni dərs ilinin başlandığını bildirən ilk zəng çalındıqdan sonra tədbir iştirakçıları məktəblə tanış oldular.

Keçidlər