Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik Fondunun nümayəndələri Cocuq Mərcanlıya səfər edib

14 sentyabr 2017 | 16:00

12 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 24-də imzaladığı Sərəncamdan sonra Bilik Fondu Cocuq Mərcanlı kəndində inşa olunacaq orta məktəbin kitabxanası üçün kitabların toplanılması aksiyasına başlamışdır.

Səfər zamanı aksiya nəticəsində Fond tərəfindən toplanmış ümumilikdə 1000 nüsxədən çox kitab yeni dərs ilində fəaliyyətə başlayacaq kənd məktəbinin kitabxana fondunun zənginləşdirilməsi məqəsdi ilə kitabxanaya hədiyyə olunmuşdur.

Nümayəndə heyəti Cocuq Mərcanlı kənd məscidində də olmuş, Fondun “Məscid kitabxanası” layihəsi çərçivəsində Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə etmişlər.

Keçidlər