Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsəbələrin elektrik şəbəkəsi yenidən qurulur

06 sentyabr 2017 | 16:00

Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsi üçün bütün regionlarıda yenidənqurma işləri həyata keçirilir. Hazırda bütün şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi, müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir.

Aparılan yenidənqurma işlərinə uyğun olaraq Cəbrayıllı məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə də əhalinin enerji təminatını yaxşılaşdırmaq  məqsədi ilə 2017-ci ilin iyun ayından başlayaraq şəbəkənin yenidən qurulması işlərinə başlanılmışdır. Ötən müddət ərzində 4 saylı qəsəbənin elektrik xətləri tam olaraq kabelləşmiş, hər bir abonentə smart tipli sayğacların quraşdırılmasına başlanmışdır. Bu günədək qəsəbə üzrə mövcud 450 abonentdən  250 fərdi yaşayış evinə  sayğacların quraşdırılması başa çatdırılmış, digər abonentlər üçün sayğacların quraşdırılması prosesi davam etdirilir. Hazırda 3 saylı qəsəbədə kabelləşmə işlərinə başlanmış və sayğac qutularının quraşdırılması prosesi gedir.

Görülən işlər nəticəsində 25 min metrdən çox mütəlif markalı kabellər çəkilmişdir. Qəsəbədə yaşayan 4400-dən artıq abonentin smart tipli sayğacla təmin olunması üçün işlər aparılır.

Keçidlər