Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Qurban bayramı qeyd edilmişdir

02 sentyabr 2017 | 16:00

Bu günlərdə bütün müsəlman dünyasında olduğu kimi ölkəmizdə də İslam aləmində iki ən böyük bayramdan biri olan Qurban bayramı qeyd olunur. Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Hər il dünya müsəlmanları tərəfindən qeyd olunan bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir, insanları halallığa, paklığa səsləyir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ilin  sentyabr ayının 1-i və 2-si Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaqdır. Bayram günündə aztəminatlı kasıb ailələri sevindirmək üçün onlara qurban payı vermək allah dərgahında savab əməllərdən sayılır.

 Bayram münasibəti ilə Cəbrayıl rayon İcra hakimiyyəti tərəfindən xidməti ərazimiz olan Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə yaşayan imkansız ailələrə, eyni zamanda rayon İcra hakimiyyəti və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində bərpadan sonra məskunlaşmış ailələrin hər birinə qurban əti paylanmışdır.

Keçidlər