Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun işğal olunmasının 24-cü ildönümü anılmışdır

23 avqust 2017 | 16:00

23 avqust 2017-ci il tarixdə 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayondan olan deputat Astan Şahverdiyev, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları 4 saylı qəsəbədəki “Şəhidlər” abidə kompleksi önünə toplaşaraq topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül dəstələri qoyaraq onların ruhlarını ehtiramla yad etmişlər.
Anım tədbiri rayon ağsaqqalarının, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Cocuq Mərcanlı kəndində davam etdirilmişdir. Lələtəpə döyüşləri uğurunda canlarından keçmiş “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət etdikdən sonra Cocuq Mərcanlı kənd məscidinə gələrək torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhuna dualar oxunmuş, həmçinin tədbir müasir tələblərə cavab verən N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi və yeni salınmış infrastruktut tikintisi ilə tanış olmaqla başa çatdırılmışdır.

 

Keçidlər