Şriftin ölçüsü :

Saytın rəngi :

1918-ci ilin 31 Mart soyqırımından 106 il ötür

31 mart 2024 | 11:10

    1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə xalqımızın parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub. Elə bu hadisə də ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinə şərait yaradıb. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər Azərbaycan torpaqlarında
    “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə 1905-1907-ci illərdən başlayaraq azərbaycanlılara qarşı zaman – zaman kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başladıqları bu kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Bu qırğınlar zamanı yüzlərlə yaşayış məntəqələri yandırılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, milli mədəniyyət abidələrimiz məhv edilib. 1918-ci ilin mart-aprel aylarında həyata keçirilən qırğınlar da xalqımıza qarşı zaman-zaman törədilən belə soyqırım siyasətinin ən dəhşətli səhifələrindən biridir.
    Bu il həmin soyqırımın baş verməsindən 106 il ötür. Ümumiyyətlə, ötən əsrdə xalqımız dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə belə soyqırımı və deportasiyaların qurbanı olub. Xalqımıza qarşı törədilmiş belə soyqırımı siyasətinin uzun tarixi olsa da mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşmədi. Bu gün soyqırımı, deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadan xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik əzmini qoruyub saxlayaraq möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirir, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə yeni-yeni töhfələr verir.
    Soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 

 

Keçidlər