Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərzəliyev Arif Aydın oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur

12 avqust 2017 | 16:00

11 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərzəliyev Arif Aydın oğluna medalın və vəsiqənin təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı cənab Kamal Həsənov, RİHB aparatının və Bakı şəhərində fəaliyyət göstərən inzibati ərazi nümayəndəliklərinin məsul işçiləri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Kamal Həsənov tədbiri giriş sözü ilə açaraq göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Daha sonra çıxış edən Arif Fərzəliyev də öz növbəsində Ölkə başçısına minnətdarlığını ifadə edərək ona göstərilən etimadı doğruldacağını və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində hər bir dövlət qulluqçusunun əzmlə çalışmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Keçidlər