Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət sirri olan hərbi sahəyə aid məlumatların kütləvi informasiya vasitələrinə və internet resurslarına ötürülməsi hallarının qarşısının alınması mövzusunda şura iclası keçirilmişdir

10 avqust 2017 | 16:00

09 avqust 2017-ci il tarixdə Cəbrayıl rayon icra hakimiyyəti başçısı vəzifəsini icra edən Arif Fərzəliyevin sədrliyi ilə keçirilən iclasda şura üzvləri, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər.
İclasda ”Dövlət sirri haqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri hesab olunan, eyni zamanda hərbi sahədə olkəmizin milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet  resurslarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının yolverilməzliyi qeyd edilmiş, bu cür hərəkətlərə yol verən şəxslərin mövcud qanuna görə inzibati və ya cinayət məsuliyyəti daşıdığı onların nəzərinə çatdırılmışdır.
Yığıncaq iştirakçılarına ”Dövlət sirri haqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl etmələri və gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün rəhbərlik etdikləri müəssisələrdə çalışan işçilər arasında təbliğat-izahat işləri aparmaları tapşırılmışdır.

Keçidlər