Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra Hakimiyyətində ümumrayon müşavirəsi keçirilmişdir

09 avqust 2017 | 16:00

09 avqust 2017-ci il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinin akt zalında 04 avqust 2017-ci il tarixdə Qax rayonunda Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Respublika müşavirəsinin yekunları və rayonda bununla bağlı görülən işlər barədə geniş müşavirə keçirilmişdir.
Müşavirədə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən birinci müavin Arif Fərzəliyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, baramaçılıqla məşğul olan kümdarlar və pambıqçı fermerlər iştirak etmişlər.
Arif Fərzəliyev ilk öncə Ölkə Prezidenti cənab İlham Əliyevin avqust ayının 3-ü və 4-ü Balakən, Zaqatala, Qax rayonlarında səfərdə olmasından və hər üç rayonda çoxlu sayda sosial, infrastruktur, energetika, nəqliyyat, kənd təsərrüfatı, emal sənayesi obyektlərinin açılışında iştirak etməsindən söz açdı.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  qarşımıza qoyduğu  tapşırıqlara uyğun olaraq rayonumuzda baramaçılıq, fındıqçılıq və pambıqçılığın uğurla inkişaf etdirilməsi, gələcəkdə həmin sahələrin genişləndirilməsi, yüksək məhsuldar sortlardan istifadə etməklə bol məhsul əldə etməyin yollarını və ən əsası insanlarımızın məşğulluğunun artırılması yönümündə işlərin həyata keçirilməsinin zəruriliyindən danışdı və aidiyyəti məsul şəxslərə qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verdi.
Müşavirədə rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahin Şirinov, kümdarlardan Qafqaz Rüstəmov, Namiq Məmişov, pambıq istehsalçıları Cəlil Əliyev və Atakişi Atakişiyev çıxış etmişlər.

Keçidlər