Şriftin ölçüsü :

Saytın rəngi :

Fransız jurnalisti və yazıçısı Jerar Kardon Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub

01 avqust 2017 | 16:00

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycan həqiqətləri Fransa mətbuatında" layihəsinin icrası çərçivəsində Fransadan olan jurnalist Jerar Kardon, köməkçisi Sommer Nicolas 29 iyul 2017-ci il tarixdə Füzuli rayonunun Alxanlı və işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmişlər. Fransalı jurnalistlər 04 iyul 2017-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən kəndə atılan mərmi nəticəsində vəfat etmiş Allahverdiyeva Sahibə İdris qızının və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının məzarlarını ziyarət etmiş, onların  yaxınları ilə görüşərək başsağlığı vermişlər.
Daha sonra qonaqlar işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gələrək orada yaşayan sakinlərlə görüşüb, onların həyat şəraiti ilə tanış olmuş, burada istifadəyə verilmiş müasir tipli məktəb və Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidində olmuşlar.

Keçidlər