Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir

18 iyul 2017 | 16:00

18 iyul 2017-ci il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinin akt zalında rayonda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  şura iclası  keçirilmişdir.
İclasda Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, Şura üzvləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak edirdi.
                        
  Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısının geniş hesabat məruzəsi dinlənilmiş, bu ilin altı ayında görülmüş işlərlə bağlı ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki: Cari ilin 6 ayında keçən ilin müvafiq dövrünə nisbətən 71,4 faiz artıq  olmaqla 11 milyon 383 min manatlıq ümumi daxili məhsul olmuş, o cümlədən  4.5 faiz çox olmaqla 5 milyon 923.4 min manatlıq kənd təsərrüfatı məhsulları, 2 milyon 277.1 min manatlıq (9 dəfə çox) sənye məhsulu istehsal olunmuş, 3 milyon 118 min manatlıq (4.7 dəfə çox) tikinti işləri, 49.7 min manatlıq rabitə, 14.8 min manatlıq nəqliyyat işləri görülmüşdür.
İlin birinci rübündə rayon üzrə 157 nikah qeydə alınmış, 558 nəfər uşaq doğulmuş, ölənlərin sayı 180 nəfər, rayonun qeydiyyatına gələn 163 nəfər, qeydiyyatdan  çıxanlar 33 nəfər olmuşdur. Ümumilikdə ilin əvvəlindən bəri 378 nəfər  təbii artım, 130 nəfər isə miqrasiya artımı olmuş, rayon əhalisinin sayı 79474 nəfərə çatmışdır. Əhlinin sayı müvafiq dövrə nisbətən 1104 nəfər və ya 1,5 faiz artmışdır.
Əhalimizin kompakt yaşadığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə mövcud imkan çərçivəsində pambıq və barama əkininə start verilmişdir. Bu məqsədlə keçən il 34 hektar, bu il isə 25 nəfər istehsalçı  71.8 hektar sahəyə pambıq əkmiş, 78 istehsalçı tərəfindən 6 hektara yaxın sahəyə Çin Xalq Respublikasından gətirilmiş 14 min tut tingi salınmışdır.
1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 50 yaşayış evi,  96 şagird yerlik məktəb, məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin 13 saylı Xüsusi təyinatlı yol istismar müəssisəsi və digər müvafiq infrastruktur yaradılmiş, hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 iyun 2017-ci ildə  Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.
Bunun davamı olaraq Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərin tikintisi barədə və Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri barədə 15 iyun 2017-ci tarixli 2 Sərəncam imzalamışdır. Hər iki Sərəncam Cəbrayıl rayonunun əhalisində çox böyük ruh yüksəkliyi yaratmışdır. Bununla Cocuq Mərcanlı kənd sakinlərinin öz döma torpaqlarına qayıtmaq arzusu reallaşdı, həmçinin Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə məskunlaşmış 18 mindən çox sakinin çoxdan həllini gözlədiyi yol problemi müsbət həllini tapdı. Artıq hər iki layihə üzrə işlərə başlanmışdır.
Məruzə ətrafında Rayon Suvarma Sistemləri idarəsinin rəisi Tehran Məmişov, SuKanal idarəsinin rəisi Rafiq Xudaverdiyev, Dövlətqaçqınkomun MİD-nin qəsəbələr üzrə MKİS-in rəisi Qoşqar Məmmədov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov  çıxış edərək 2017-cı ilin altı ayında  rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.

Keçidlər