Cocuq Mərcanlıya köçürülmə prosesi davam edir
Məcburi köçkünlərin Cocuq Mərcanlı kəndinə köçürülməsi prosesi davam edir. Bu gün Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdən Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə 11 məcburi köçkün ailəsi yola salınıb. Ərazidə məskunlaşmış digər ailələrin köçürülməsi davam etdirilir.
Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb.
Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl rayon İcra hakimiyyəti tərəfindən həyata keçirilir.