Şriftin ölçüsü :

Saytın rəngi :

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 aprel 2026 | 11:55

    Aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub, insanların diqqətini bəşəriyyətin ortaq sərvəti sayılan tarixi abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək məqsədi güdür.
    Bütün dünyada olduğu kimi, ölkəmizdə də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ənənəvi olaraq mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidi tədbirlər, sərgilər və ekskursiyalarla geniş qeyd olunur.
    Azərbaycan xalqının mədəni irsi də bəşər mədəniyyətinin ayrılmaz parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir.
    Çox zaman nə tarixi kitabları vərəqləməyə ehtiyac qalır, nə də arxivləri araşdırmağa. Tarixi abidələr həmin yerlərin keçmişi barədə məlumatları verir. Çünki ayrı-ayrı dövrlərdə yaşamış sakinlərin həyatı, məişəti, eləcə də fikirləri, düşüncələri, arzuları, xəyalları həmin abidələrdə tarixiləşib. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Cəbrayıl rayonunun tarixi haqqında mənbələr minilliklərin yadigarı olan tarixi, dini və mədəni abidələri, milli-memarlıq nümunələridir.
    Rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək 5 tarixi-dini abidələr: XVI əsrə aid – Çələbilər kəndi, XIX əsrə aid- Papı kəndində, Daşkəsən kəndində, XIX əsrə aid – Mərzə kəndində, XIX əsrə aid– Süleymanlı kəndindəki Məscidlər.
    22 tarixi memarlıq abidələri: Ağoğlan nekropolu (ilk orta əsrlər) – Cəbrayıl şəhəri, Məscidtəpə kurqanı (tunc dövrü) – Qalacıq kəndi, Qız qalası (XII əsr) – Xələfli qəsəbəsi (Diridağ ərazisi), Qala bürcü (V–VI əsrlər) – Sirik kəndi, Canqulu kurqanı (tunc dövrü) – Mahmudlu kəndi, Quştəpə kurqanı (tunc dövrü) – Mahmudlu kəndi, Karxulu kurqanları və yaşayış yeri (tunc dövrü) – Karxulu kəndi,Naftalı kurqanları (son tunc və ilk dəmir dövrü) – Naftalı kəndi,İmanqazan təpə kurqanı (son tünc dövrü) – Şıxlar kəndi, Qışlaq kurqanları və yaşayış yeri (son tunc və ilk dəmir dövrü) – Qışlaq kəndi, Hovuslu kurqanları (son tunc və ilk dəmir dövrü) – Hovuslu kəndi,Cinlitəpə yaşayış yeri – Horovlu kəndi, "Divlər sarayı" – Dağtumas kəndi, Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi,"Şəhərşik qalıqları", "Qışlaq yerləri" (b.e.ə. II minillik) – Şıxlar kəndi,On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) – Qumlaq kəndi,On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) – Qumlaq kəndi,Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi,Başıkəsik günbəz (XIII–XIV əsrlər) – Dağ Tumas kəndi,Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) – Şıxlar kəndi,Xanəgah – Xubyarlı kəndi,Xanəgah – Şıxlar kəndi; ziyarətgah: Türbə (Sərdabə) (XIII–XIV əsrlər) – Dağtumas kəndi,Türbə (Sərdabə) (XIII–XIV əsrlər) – Dağtumas kəndi,Səkkizguşəli türbə (XVII əsr) – Xubyarlı kəndi,Dairəvi türbə (XVII əsr) – Xubyarlı kəndi, Daş məqbərə (1307–1308-ci illər) – Şıxlar kəndi,Qəbiristanlıq (orta əsrlər) – Cəbrayıl şəhəri, Qəbiristanlıq (XVII–XVIII əsrlər) – Karxulu kəndi ,Qəbiristanlıq (orta əsrlər) – Sirik kəndi,Qəbiristanlıq (orta əsrlər) – Diridağ dağında,Qəbiristanlıq (orta əsrlər) – Şıxlar kəndi, Şıxbaba (Dairəvi) türbəsi (XIV) əsr – Şıxlar kəndi, Mazannənə məqbərəsi (b.e ə.) – Xələfli kəndi,Xırda pir – Balyand kəndi,İspiri ocağı – Balyand kəndi,Zingir ocağı – Cəfərabad kəndi,Çaxmaq piri – Tinli kəndi,Müqəddəs Düldül ziyarətgahı – Hacılı kəndi,Qarı ocağı – Horovlu kəndi,Pir Əhməd – Yarəhmədli kəndi,Lalə ocağı – Böyük Mərcanlı kəndi,Seyid ocağı – Əfəndilər kəndi,Çələbi ocağı – Horovlu kəndi,Hacı Qaraman ziyarətgahı – Çələbilər kəndi,Qara daş ziyarətgahı, Miri evi ziyarətgahı – Quycaq kəndi,Düldül ziyarətgahı – Balyand kəndi,Əfəndilər piri – Əfəndilər kəndi,Qərib Seyid ziyarətgahı – Tatar kəndi,Tumas ata ziyarətgahı – Dağtumas kəndi,Cəbrayıl ata ziyarətgahı,Xubyarlı piri – Xubyarlı kəndi,Qərər piri – Qərər kəndi,Sarı ocaq – Hovorlu kəndi,Qurbantəpə ziyarətgahı,İncirli piri ziyarətgahı – Şahvəlli kəndi,Qasım Baba piri – Minbaşlı kəndi,Düldül ziyarətgahı – Gödəklər kəndi,Yel ziyarətgahı – Çaxırlı kəndi, Yel ziyarətgahı – Əmirvarlı kəndi,Seyid ziyarətgahı – Cocuq Mərcanlı kəndi, Qara Molla ziyarətgahı – Daşkəsən kəndi,Qarnıyarıq ziyarətgahı – Cəfərabad kəndi,Dağdağan ocağı – Qumlaq kəndi,Çomaq ata ziyarətgahı – Dağtumas kəndi,Düldül ziyarətgahı – Hacılı kəndi və 1 Tarix-Diyarşünaslıq Muzeyi, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi 1985-ci ildə yaradılan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyi mövcud olub. Onlardan ən məşhur dünya əhəmiyyətli abidələr XI-XIII əsrlərə aid Xudafərin körpüləridir (11 və 15 tağlı) , eyni zamanda onlarla ölkə əhəmiyyətli memarlıq və arxeoloji abidələr də qeydə alınıb.
     1993-cü ilə qədər Tarix diyarşünaslıq Muzeydə 19 mindən artıq, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyində isə 800-ə yaxın eksponat olub.
Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar da vardır.

Keçidlər