Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir

23 iyun 2017 | 16:00

23 iyun - Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar  tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.
Sonra tədbir  Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirildi. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək  dövlət qulluqçularını bu əlamətdar gün münasibəti ilə təbrik etdi, onlara öz çətin və şərəfli  fəaliyyətlərində uğurlar arzuladı. İcra başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezident cənab  İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamına əsasən hər il 23 iyun tarixi dövlət qulluqçuları peşə bayramı olaraq qeyd olunur. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün  dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
Dövlət qulluğunun məsuliyyətli olduğu qədər də şərəfli bir fəaliyyət sahəsi olduğunu qeyd edən K.Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır" fikrinin hər bir dövlət qulluqçusu üçün də əsas davranış və fəaliyyət kodeksi olduğunu vurğulayıb.
K.Həsənov peşə bayramı ilə əlaqədar birinci müavin Arif Fərzəliyevin dövlət başçısının 21 iyun 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməsini yüksək qiymətləndirdi və cənab Prezidentə minnətdarlıq ifadə etdi.

Keçidlər