Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı məcburi köçkünlərin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki 1-11 saylı qəsəbələri birləşdirən magistral yol əsaslı təmir ediləcək

20 iyun 2017 | 16:00

Ümummilli Lider Heydər Əliyevin 13 may 2002-ci il tarixli 700 nömrəli Fərmanına əsasən Cəbrayıllı məcburi köçkünlər üçün 2003-cü ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət 6 qəsəbə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həmin ərazidə əlavə 1858 evdən ibarət 5 qəsəbə olmaqla ümumilikdə 4456 evdən ibarət 11 qəsəbə salınmış, hazırda bu qəsəbələrdə 18 mindən çox  məcburi köçkün yaşayır.
Qəsəbələrin hər birində məktəb, uşaq bağçası, tibb məntəsəi və digər zəruri infrastruktur obyektləri tikilmiş 113 km uzunluğunda qəsəbədaxili və 28 km uzunluğunda qəsəbələri birləşdirən magistral yol çəkilərək məcburi köçkünlərin istifaəsinə verilmişdir.
İstifadəyə verilməsindən ötən müddət ərzində qəsəbələri birləşdirən magistral yol sıradan çıxaraq istismara yarasız hala düşmüşdür.
15 iyun 2017-ci il tarixdə Ölkə Prezidenti yarasız hala düşmüş yolun təmir olunması haqqında sərəncam imzalamış, Sərəncama əsasən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmir olunması nəzərdə tutulmuşdur.
Bu yolun yenidən qurulması onun əhatə etdiyi qəsəbələrin sakinlərinin gediş gəlişini asanlaşdıracaq, o cümlədən respublika əhəmiyyətli əsas yollara rahat çıxışını təmin etmiş olacaqdır.
Əhalimizi ən çox narahat edən yolun əsaslı təmir edilməsi barədə bu qərarın verilməsi Ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi qayğının davamıdır. Məhz bu diqqət və qayğıya görə Cəbrayıllı məcburi köçkünlər cənab Prezidentə dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər