Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

16 iyun 2017 | 16:00

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi  ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdir. İşğaldan azad olunmasına baxmayaraq “Lələ Təpə” yüksəkliyi erməni işğalçılarının nəzarətində olduğundan kənddə yaşamaq təhlükəli idi. Ancaq buna baxmayaraq  Oqtay Həziyev ailəsi ilə birlikdə 1994-cü ildən kəndə qayıdaraq hal-hazıra kimi orada yaşamışdır.
Doğma torpaqlara dərin bağlılığına, vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Oktay Həziyev  Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2017-ci il taixli Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

Keçidlər