28 may Respublika Günü ilə əlaqədar tədbir keçirilmişdir
26 may 2017-ci il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinin inzibati binasında 28 may Respublika Günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra hakimiyyəti başçısı Kamal Həsənov açaraq qeyd etdi ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulmuşdur. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır.
Sonra Rayon İcra hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, 8 saylı tam orta məktəbin müəllimi Zaur Vəliyev, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin müəllimi, şair Hidayət Səfərli, 14 saylı tam orta məktəbin müəllimi Nahid Muradov çıxış edərək dövlət müstəqilliyimizin yaranma tarixi barədə geniş məlumat verdilər.
Tədbirdə rayon məktəblilərinin ifasında şerlər səsləndirildi.