Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirimişdir

11 may 2017 | 16:00

10 may 2017-ci il tarixdə  Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  tədbir  keçirmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak edirdi.
Tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan Mədəniyyət və İstirahət parkında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ruhunu ehtiramla yad etdilər.
Sonra rayon ictimaiyyətinin iştirakı ilə qəsəbələri birləşdirən magistral yolun kənarlarında 2100 ədəd müxtəlif növ ağac əkildi, yol kənarlarında əvvəlcədən mövcud olan ağaclara aqrotexniki qulluq göstərildi, idarə-müəssisələrin həyətlərində və qəsəbə daxilində abadlıq təmizlik işləri aparıldı.

Keçidlər