Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

05 may 2017 | 16:00

05 may 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 4 saylı qəsəbədə fəaliyyət göstərən rayonunun  İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
10, 12, 14 və 16 yaş qrupları üzrə keçirilən yarışı giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının müavini Fəridə İbayeva açaraq idmançılara uğurlar arzulamışdır. Sonra yarışlara start verilmişdir.

Keçidlər