Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin icrasına dair müşavirə keçirildi

04 aprel 2017 | 16:00

3 aprel  2017-ci il tarixdə Cəbrayıl rayon icra Hakimiyyətində  Saatlı rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin icrasına dair müşavirə keçirildi.
Müşavirədə  rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov,  rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak edirdi.
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov  iclasda çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 28 mart 2017-ci il tarixdə  Saatlı rayonunda keçirilən Pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın inkişaf etdirilməsini qarşımıza konkret vəzifə olaraq qoymuşdur. Dövlət başçısı qeyd  etmişdir ki, Azərbaycanda  pambıqçılığın qədim ənənələri vardır.Pambıqçılığın ən surətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuş, onun təşəbbüsü  və rəhbərliyi ilə ölkədə pambıq istehsalı 800 min-1 milyon tona qədər gəlib çatmışdır. Respublikamız müstəqilik qazandıqdan sonra ölkənin kifayət qədər maliyyə imkanlarının olmaması bu sahədə də müəyyən geriləmələrə səbəb olmuş, nəticədə pambıq əkini sahələri azalmışdır.
Pambıqçılığın ölkə iqtisadiyyatındakı üstünlüklərini qeyd edən K.Həsənov  bildirdi ki: “Pambıqın satışı bir tərəfdən ölkəmizə  valyuta gətirir, eyni zamanda pambıqçılıq əməktutumlu kənd  təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa  10 minlərlə insan cəlb edilmişdir. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxsləri yaxşı bilirlər ki, bu gün bu rayonlarda işləmək istəyən özü üçün iş tapa bilər...”
Sonra  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi  Ağaəli Əhmədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   dəstəyi və rəhbərliyi ilə  ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və əkin sahələrinin genişləndirilməsi nəticəsində insanlarımızın  sosial rifahı daha da yaxşılaşacaq, əlavə 200 min iş yeri yaranacaq və ölkəmizə xarici valyuta axını olacaqdır. A. Əhmədov bildirdi ki, Cənab Prezident müşavirədəki proqram xarakterli çıxışlarında  bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etmişdir ki, “Bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il bu sahədə dönüş ili olmuşdur. Keçən il qısa müddət ərzində çox ciddi tədbirlər görülmüş, yeni texnikalar alınmışdır. Keçən il respublika üzrə 51 min hektarda pambıq əkmiş və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir texnika alınıb, lazım olan bütün avadanlıq, gübrələr, dərmanlar, tədarük olunmuşdur. Əlbəttə ki, bu il biz daha da böyük məhsul gözləyirik.
Müşavirədə  Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahin Şirinov, Texniki nəzarət müfəttişi Atakişi Atakişiyev, fermer Cəlil Əliyev çıxış edərək rayonda bundan sonra da pambıqçılığın inkişafı ilə bağlı  görülən işlərdən danışdılar və növbəti əkin zamanı qarşıya çıxacaq problemlər müzakirə olundu.

Keçidlər