Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgərlərin xatirəsi ehtiramla anıldı

02 aprel 2017 | 16:00

2016-cı ilin aprel ayında Tərtər rayonu ərazisində erməni təxribatının qarşısının alınması zamanı Şəhid olmuş Cəbrayıl rayon Sarıcallı kənd sakini İbrahimov Mahmud Azər oğlunun ildönümü ilə əlaqədar anım  mərasimi 02 aprel 2017-ci il tarixdə şəhidin ailəsinin məskunlaşdığı Mehdiabad qəsəbəsində keçirilmişdir.

İl dönümü mərasimində Cəbrayıl və Abşeron rayon İcra hakimiyyətlərinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin əməkdaşları, şəhidin döyüş yoldaşları, Qarabağ Əlilləri və Şəhid ailələri İctimai birliyinin Cəbrayıl rayon şöbəsinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Mərasim iştirakçıları Azərbaycan ordusunun aprel zəfərindən, Mahmud İbrahimovun keçdiyi şərəfli döyüş yolundan, ölkə başçısının ordumuza və məcburi köçkünlərə olan diqqət və qayğısından söhbət açdılar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad olunacağı günün çox yaxında olduğunu bildirdilər, şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verdilər.

3 aprel 2017-ci il tarixdə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 3 saylı qəsəbədə ötən ilin aprel ayında “Lələtəpə” uğrunda gedən döyüşlərdə şəhid olmuş Ruhin Əşrəf oğlu Qəhrəmanovun ildönümü ilə əlaqədar anım  mərasimi keçirilmişdir.

Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rayon rəhbərliyi, hərbçilər, qarabağ əlilləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

          Əvvəlcə tədbir iştirakçıları Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə ərazisindəki məzarlıqda müddətdən artıq hərbi qulluqçu, aprel şəhidi Ruhin Qəhrəmanovun məzarını ziyarət etdilər.

Tədbirdə çıxış edən Baş Nazirin Müavini Əli Həsənov Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin erməni əsgərlərini təşvişə salmasından danışdı. Diqqətə çatdırıldı ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi.

Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır. Baş Nazirin Müavini Cocuq Mərcanlıda dövlətimizin başçısının sərəncamlarına uyğun aparılan tikinti işlərindən danışdı, bu kənddən olan məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiyini dedi.

Məcburi köçkünlər bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, dövlət tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını dedilər.

Sonra Baş Nazirin Müavini, hərbçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin yaşadığı evdə ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak etdilər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan danışaraq, buna görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

Keçidlər