Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

18 mart 2017 | 16:00
      17 mart 2017-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.
       Tədbir iştirakçıları əvvəlcə əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Tədbirdə bayram xonçaları hazırlanmış, Novruz tonqalı qalanmışdır.
     Bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açaraq Novruz bayramı münasibəti ilə  xalqımızı, həmçinin  bütün Cəbrayıl camaatını səmimi qəlbdən təbrik etdi.  Novruz bayramının evlərə xoş ovqat, hər ocağa bol sevinc, ruzi-bərəkət gətirməsini dilədi  və  belə bir gözəl bayramın gələcək illərdə işğal altında olan doğma Cəbrayılımızda qeyd olunmasını arzuladı.
      Sədaqət Ağayevin aparıcısı olduğu bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa və keçəlin şən, məzəli çıxışları, həmçinin rayonumuzun tanınmış müğənniləri Elman Məmmədov, Zəminə Hüseynova, Vüsal Zamanov, Xankişi Xankişiyev, Sədaqət Ağayev və digərlərinin bir-birindən gözəl ifaları tədbir iştirakçılarında gözəl əhval-ruhiyyə yaratdı. 
      Tədbirdə rayon idman məktəbinin karateçiləri bir-birindən maraqlı idman nömrələri nümayiş etdirdilər.
  
 
Keçidlər