Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə qaz verilib
11 mart 2017 | 16:00
11 mart 2017-ci il tarixdə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrə qaz verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Kamal Həsənov dövlət başçısının məcburi köçkünlərə qayğısından danışdı, qısa müddət ərzində qəsəbələrə təbii qazın verilməsinin bu diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, Milli Məclisin deputatı cənab Rövnəq Abdullayev çıxış edərək ilk dəfə qəsəbələrə qazın verilişi münasibəti ilə məcburi köçkünləri təbrik etdilər.
Qəsəbə sakinləri adından çıxış edən Cəbrayıl rayonundan məcburi köçkünlər Səkinə Quliyeva, Hidayət Səfərli az müddət ərzində qəsəbələrə təbii qazın verilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.