“2 fevral - Gənclər Günü” ilə əlaqədar bayram tədbiri keçirilmişdir
02 fevral 2017-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Gənclər Günü” ilə əlaqədar “Cəbrayıl” sarayında bayram tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon gəncləri 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə kompleksində torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin abidəsi önümə gül dəstələri qoyaraq ruhlarını ehtiramla yad etmişlər.
Sonra tədbir “Cəbrayıl” sarayında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov açmış və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər gününün təsis edilməsindən, gənclərə göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilən gənclər siyasətinin mahiyyəti, gənclərin vətənpərvərlik tərbiyəsinə, təhsilinə və sağlamlığına göstərilən diqqətdən danışmışdır.
Tədbirdə rayon Gənclər və İdman idarəsi il ərzində keçirilmiş tədbir və idman yarışlarında fəal iştirak etmiş gəncləri Fəxri Fərmanlarla təltif etmişdir.
Bayram tədbiri Biləsuvar Mədəniyyət və Turizm İdarəsinin Cəbrayıl rayon nümayəndəliyinin hazırladığı rəngarəng musiqi proqramı ilə davam etdirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənc əməkdaşlar, ziyalılar, məktəbli gənclər, idmançılar və gənc nəslin digər nümayəndələri iştirak etmişdir.