Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı son Fərman və Sərəncam Cəbraıllılarda böyük ruh yüksəkliyi yaratmışdır

27 yanvar 2017 | 16:00

Rayon ziyalılarının, ağsaqqalların, gənclərin iştirakı ilə 26 yanvar 2017-ci il tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə rayon ictimaiyyətının toplantısı keçirilmişdir.

Cənab Prezidentin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli Fərmanı və Cəbrayıl rayonunun “Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar tarixli Sərəncamı Cəbrayıl rayon əhalisində, eləcə də bütün köçkünlərdə nikbin əhval ruhiyyə yaratmış, onların öz doğma torpaqlarımıza qayıtmağa olan inamını daha da artırmışdır. Toplantı iştirakçıları işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ölkə başçısının bu Sərəncamını Qarabağa qayıdışın başlanğıcı kimi qiymətləndirmiş, Cənab Prezidentə minnətdarlıqlarını ifadə edən müraciət ünvanlanmışlar.

Keçidlər