Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilir

17 yanvar 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamı”nin 5.1.10 bəndinə uyğun olaraq  Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir. Müəyyən olunmuş qrafikə əsasən 10 yanvar 2017-ci il tarixdə başlamış hesabat yığıncaqlarının 23 yanvar 2017-ci il tarixədək yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Yığıncaqlarda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, şura üzvləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edirlər.

Keçidlər